"İKA" gənclərlə birlikdə möhtəşəm işlər çıxarır

AZƏRBAYCANDA İDMAN HƏFTƏSİ 6 MART

6 mart 2024, 12:45

811

 5 Mart - Bədən Tərbiyəsi və İdman Günüdür. Bu münasibətlə bu gün ölkəmizin “İdman Paytaxtı” Quba şəhərində idman paradı keçirilib. Paraddan öncə Gənclər və İdman Nazirliyinin, Quba Rayon İcra Hakimiyyətinin rəhbərliyi və kollektivi, eləcə də idman ictimaiyyətinin nümayəndələri ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar. Daha sonra Quba Olimpiya İdman Kompleksində idman paradı təşkil olunub.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, gənclər və idman naziri Fərid Qayıbov çıxış edərək hamını 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə təbrik edərək, gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Rəsmi çıxışlardan sonra 2024-cü ilin “İdman səfirləri” parad iştirakçılarına təqdim olunub. Regionlarda eyni anda təşkil olunan parad onlayn şəkildə ekranda nümayiş etdirilib.
Ardınca Qubada təntənəli parad açıq elan edilib. Müxtəlif idman növləri üzrə federasiyalar, gənclər və idman idarələri, idmançılar paraddan keçiblər.
Tədbir bədii hissə ilə davam etdirilib. Kompleksin stadionunda təntənəli konsert proqramı təşkil olunub. Konsertdə Mardan Bandın və Səbinə Babayevanın ifasında bir-birindən maraqlı musiqi nömrələri iştirakçılar tərəfindən böyük coşqu ilə qarşılanıb.
 

İKA- Azərbaycan Könüllülərinin V Həmrəylik Forumunda!

5 dekabr 2022, 12:00

İKA- Azərbaycan Könüllülərinin V Həmrəylik Forumunda!

Seçilmişlərə əlavə et


İlham Əliyevin FİFA-nın prezidenti ilə görüşü!

12 noyabr 2024, 14:54

İlham Əliyevin FİFA-nın prezidenti ilə görüşü!

Seçilmişlərə əlavə et


“Azerbaijan International 2024” Badminton turniri

15 fevral 2024, 18:53

“Azerbaijan International 2024” Badminton turniri

Seçilmişlərə əlavə et


Rusiya və Azərbaycan gənclərinin IV təşəbbüskarlıq forumu

28 may 2024, 10:49

Rusiya və Azərbaycan gənclərinin IV təşəbbüskarlıq forumu

Seçilmişlərə əlavə et


İKA könüllüləri “Gənclərin Yay Düşərgəsi”-də!

25 avqust 2023, 16:41

İKA könüllüləri “Gənclərin Yay Düşərgəsi”-də!

Seçilmişlərə əlavə et



Digər xəbərlər

Hamısına bax